Qaz təminatı sistemini layihələşdirmək və qoşmaq üçün böyük praktiki təcrübəyə malik olmaq lazımdır – məişət qazı asan alovlanır, buna görə də təhlükəsizlik normaları və dövlət texniki standartlarına diqqət yetirməmək faciəli sonluqla bitə bilər. Bundan başqa, yanacağın bu növü ətraf mühit və insan üçün təhlükəlidir – o zəhərlidir və atmosferaya düşdüyü halda ətraf sahələri zəhərləyir. Qazın ətraf mühitdə yayılmasının qarşısını almaq üçün layihə işlərinə məsuliyyətli yanaşmaq lazımdır.

Konven Şirkətinin mütəxəssislərinin təcrübəsindən göründüyü kimi qaz çəkmə sisteminin layihələşdirilməsi barədə əvvəlcədən, yəni, avadanlıq üçün ayrıca otaq ayırıb obyektin tikintisi mərhələsində düşünmək lazımdır. Bu, yalnız məişət nöqteyi nəzərindən rahatçılıqdan əlavə, həm də təhlükəsizlik normalarına uyğun gəlir.

Bakıda qaz təminatı sisteminin layihələşdirilməsi

 

Layihə binanın tikintisi mərhələsində yaranmışdı və buna görə də sahiblər əvvəlcədən bütün nüansları nəzərə alıb ayrıca “texniki” otağın tikintisinə fikir veriblər. Layihənin mahiyyəti qazın ana xəttindən binaya qoşulmasından ibarətdir. Qaz borusunun növü – çöldəndir, belə ki, bu, yeraltı qaz borusunun qoşulmasından daha ucuzdur. Lakin onun da öz çatışmamazlıqları var – korroziyaya məruz qalma, kənardan qanunsuz qoşulmaq imkanı, atmosfer çöküntülərinin təsiri.

Konven Şirkətinin mühəndisləri həmçinin qaz çəkmə şəbəkəsinin daxili aralanmasını da layihələşdiriblər. Biz, yaşayış binasının ayrıca otağının isidilməsi üçün Buderus qaz qazanı quraşdırmışıq, belə ki, normalara görə onun üçün 4 kv.m sahə ayrılmalıdır. Tavanların hündürlüyü 2.7 metrdir və bu da standartlaşdırma normalarına uyğun gəlir. Həmçinin, təhlükəsizlik məqsədilə yerə bərkidilmə qoşulmuş və digər rabitə üsulları çəkilmişdir.

İşlərin aparılma mərhələləri

 

  • Tikilinin texniki məlumatları, arxitektur xüsusiyyətləri, binanın, otaqların sahəsi, tavanın hündürlüyü, divarların qalınlığı ilə tanışlıq;
  • Təxmini smetanın hazırlanması;
  • Qazın qoşulması üçün sənədlərin, icazələrin toplanması;
  • Zərurət yarandığı halda ərazinin ziyarət olunması, ölçülərin aparılması;
  • Sifarişçi ilə düzgün smetanın razılaşdırılması, əməkdaşlıq barədə müqavilənin imzalanması;
  • Tikilinin individual xüsusiyyətlərini nəzərə almaqla qaz çəkmə sisteminin layihələşdirilməsi;
  • Avadanlığın seçilməsi – qazan, düyünlər üçün aksessuarlar;
  • Sistemin qoşulması və istismar işlərinin aparılması. Bundan əlavə, müştəri əlavə olaraq, 5 il müddətinə servis xidməti sifariş edib.

Əgər sizə yaşayış və qeyri-yaşayış binası üçün qaz çəkmə sistemi layihələşdirmək lazımdırsa bizə müraciət edin. Biz, tez, əlverişli və keyfiyyətli tərzdə sizə kömək edərik!