Konven Şirkəti mühafizə siqnalizasiya sisteminin quraşdırılması və qoşulması üzrə layihə təqdim edir. Sistemin əsas məqsədi obyekti arzu olunmaz müdaxilələrdən mühafizə etməkdir və komplekt şəkildə bir sıra texniki qurğular və onların aksessuarlarından ibarətdir. Mühafizə sisteminin etibarlılığı əsasən, layihələşdirmə mərhələsindən asılıdır, çünki məhz ilk plan mühafizə siqnalizasiya sisteminin quraşdırılmasının əsası kimi götürülür. Bu mərhələdə səhvə yol vermək olmaz, məhz buna görə, ciddi haşiyələr və müəyyən olunmuş layihələşdirmə mərhələləri mövcuddur.

Hər bir mühafizə siqnalizasiyası qəbul edici qurğular, işıqlandırma, əlaqə xətləri, şəbəkələr, işiq mənbəyi və işıq-səs texnikasından ibarətdir. Hazırlanmış layihə özündə bir neçə mühafizə ölçülərini birləşdirir. Birinci addım – binanın xarici perimetrinin, ikinci addım – daxili otaqların, üçüncü isə – yerli obyektlərin mühafizəsidir. Mühafizə siqnalizasiyasının quraşdırılması nədir – bu barədə biz bu layihədə danışacağıq.

İşlərin mərhələsi

 

Mühafizə sisteminin layihələşdirilməsi üzrə iş zamanı Konven Şirkəti aşağıdakı tədbirlər ardıcıllığını təklif edir:

  • Obyekt haqqında ilkin məlumatlar: yəni, binanın, ərazinin, ona birləşən ərazinin planı, bina və otaqların sahəsi, təyinatı;
  • Mühəndisin (layihəçinin) ölçü işlərinin aparılması, məlumatların dəqiqləşdirilməsi, tikilinin yerləşmə xüsusiyyəti və ya onun arxitektor çalarları ilə tanış olması üçün əraziyə getməsi;
  • Texniki tapşırığın hazırlanması və onun müştəri ilə razılaşdırılması, müqavilənin imzalanması;
  • Layihənin hazırlanması, obyektdə mühafizə sisteminin tətbiqi (quraşdırılması);
  • Mühafizə siqnalizasiya xidmətinin sifariş imkanı.

Mühafizə siqnalizasiyasının sistemi: xüsusiyyətləri

 

Konven Şirkətinin mütəxəssisləri obyektə baxış keçirdikdən sonra avtonom mühafizə siqnalizasiyası təklif ediblər. Bu seçim təsadüfi edilməyib və obyektin xüsusiyyəti ilə – binaların və onlara bitişik ərazinin geniş sahəli olması ilə – izah olunur. Bu cür sistem əlaəvə yardım olmadan gecə-gündüz işləyir və kənar şəxs əraziyə girdiyi zaman mühafizəçiləri güclü və uca siqnal səsilə xəbərdar edir.

Layihənin gerçəkləşməsinin qiyməti bir neçə faktordan asılıdır: obyektin növü, sahəsi, ərazinin olub-olmaması, binanın xüsusiyyətləri, hüdudların sayı. Bəzi müştərilər layihəni bir və ya iki hüdud əsasında sifariş edirlər. Bu, mühafizə səviyyəsinin yüksəkliyindən aslıdır. Konven şirkəti sayəsində müxtəlif növdə mühafizə sistemləri reallaşdırmaq olar: video, avtonom, pultla, ünvanlı və ünvansız. Biz kompleks həll üsulu də təklif edirik, yəni, mühafizə siqnalizasiyasının xidməti, həmçinin mühafizə siqnalizasiyasının yığılması və gələcək xidmətin göstərilməsi də bizdə mümkündür. Xidmət haqqında daha ətraflı məlumat əldə etmək üçün bizə telefon və yazılı şəkildə müraciət edə bilərsiniz bilərsiniz. Biz sizə mütləq cavab verəcəyik!