Anbar yerlərinin əsas məqsədi – ərzaq və qeyri-ərzaq məhsullarının saxlanılması üçün iqlim və digər şəraitin təmin etməkdir. Burada əsas şərt otaq üçün zəruri olan mikro iqlimin, etibarlı ventilyasiya və havalandırma sisteminin olmasıdır. Anbar və saxlanılma üçün 4 növ tələb mövcuddur.
- Birinci kateqoriya. Məhsulların temperatur dəyişikliyi və atmosfer çöküntülərindən mühafizə. Misdən hazırlanan alətlər, məmulatlar və digər metallar üçün daha vacibdir;
- İkinci kateqoriyaya da eyni tələbləri tətbiq edirlər, fərq yalnız məhsuldadır – lak və boya məmulatları, qalay, kabel və s;
- Üçüncü kateqoriyaya rezin, dəri, ruberoid və soyudulan şəraiti olan isidilmiş otaqda saxlanılması zəruri olan digər materiallar da daxildir;
- Dördüncü kateqoriya – atmosfer çöküntülərindən mühafizə, çardaq altında, isidilmə olmadan saxlanılma.
Anbarların ventilyasiyası layihəsində Konven Şirkətinin mütəxəssisləri bir sıra avadanlıq növündən istifadə ediblər: bütün dünyada məşhur olan şirkətlərin (MitsubishiHeavy, MitsibishiElectric) ventilyator və filtrləri, elektrik mühərrikləri, ventilyasiya qurğuları. Bu cür texnikanın və aksessuarların seçimi hava axımını təmam ilə idarə etməyə, həmçinin onu tənzimləməyə – müəyyən temperatura qədər qızdırmağa, təmizləməyə və rütubətləndirməyə (anbarda saxlanılan məhsuldan asılı olaraq) imkan verir.
Anbar yerlərinin ventilyasiyası:
Nələr nəzərə alınmalıdır?
Anbarların ventilyasiya sistemini layihələşdirən zaman biz üç əsas göstəricini nəzərə alırıq:
- Havanın rütubətliyi.. Bir sıra məhsul və mallar üçün arzu olunmaz sayılan kondensatın əmələ gəlməməsi üçün ilin fəsillərinin dəyişilməsini nəzərə alaraq ventilyasiya sistemi layihələşdirmək lazımdır;
- Hava mübadiləsi.. Əslində, bu, “istifadə olunmuş” havanın yenisi ilə əvəz olunmasıdır. Sistemin təsirli işləməsi üçün otaqda havanın həcmini müəyyənləşdirmək və verilən göstəricilərlə bacara biləcək avadanlıq seçmək lazımdır;
- Tikili növü. Anbarlar metal, kərpic, plitə, şlak-blok olması üzrə bölünür. Hər bir materialın xüsusi xarakteristikası mövcuddur və ventilyasiya sisteminin layihələşdirilməsi zamanı onları nəzərə almamaq olmaz.
Konven Şirkətinin mütəxəssisləri bütün norma və dövlət standartlarını nəzərə alaraq layihələri hazırlayırlar. Məhz buna görə, hər bir layihə – enerjiyə olan xərcləri azaltmaqla qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələn uzunmüddətli, etibarlı sistemdir.