Ventilasiya sisteminin layihələşdirilməsi və quraşdırılması – peşəkarlıq nöqteyi nəzərindən ən çətin və maraqlı layihələrdəndir. Əsas xüsusiyyət ondan ibarət olub ki, otaqda heç bir əlavə iy toplanmamalı idi, çünki onlar germetik tıxacdan içəri daxil olub şərabı xarab edə bilərlər. Ehtiyat məhsullarının xarab olmaması üçün keyfiyyətli ventilasiya sistemi barədə düşünmək lazımdır.

Bütün məsələləri həll etmək üçün ən optimal seçim quraşdırlmış-sorucu (mexaniki) növlü ventilasiya sisteminin layihələşdirilməsi və quraşdırılmasıdır. Həmçinin, keyfiyyətli avadanlıq və hava kütlələrinin paylanması da nəzərə alınmalı idi.

Ventilasiya sisteminin layihələşdirilməsi və quraşdırılması: detallar

 

Otaq və orda saxlanılan məhsullar nəzərə alınmaqla həm mexaniki üsulla quraşdırılmış sistemin və həm də məcburi dartıcı sistemin istifadə olunması qərara alınmışdı. Belə üsul otaqda və onun kənarında havanın düzgün filtrasiyasına və hava kütlələrinin dövr etməsinə səbəb olur. Mexaniki ventilasiya sistemi bir neçə vacib nöqtələri özündə birləşdirir:

  • Texniki xarakteristikasına görə fərqlənən, lakin eyni funksiyanı görən hava filtrləri – onlar havanı mexaniki qatışıqlardan təmizləyirlər;
  • Hava çəpəri üçün qəfəslər, onların hesabına hava borusuna heyvanlar, gəmiricilər və ya zibil daxil ola bilmir;
  • Qapaqlar, onların vəzifəsi hava kütlələrinin gücünü, kəmiyyətini və sürətini tənzimləməkdir;
  • Havanı hava borusuna yönləndirmək üçün quraşdırılmış ventilatorlar;
  • Səsin səviyyəsini azaltmaq üçün səsboğucular;
  • Havanı müəyyən temperatura qədər qızdırmaq üçün avadanlıq.

Köməkçi element sayılan hava boruları bütün elementləri (texnika və aksessuarları) vahid sistemdə birləşdirir. Sistemin işinin monitorinqi, parametr və quruluşunu dəyişmək üçün avtomatikadan istifadə olunur.

Layihənin planlaşdırılması

 

Layihənin planlaşdırılmasına aşağıda göstərilən bir neçə əsas parametlər əlavə olunub:

  • Ventilatorların sayı və onların gücü;
  • Hava boruları üçün material, kəsişmələrin göstəricisi və sahələri;
  • Havanın sürəti;
  • Maksimum icazə verilən səsin səviyyəsi;
  • Əlavə avadanlığın xarakteristikası.

Qeyd etmək lazımdır ki, bu sistem əlavə olaraq rekuperatorla təchiz edilib. Bu cihaz isti hava vasitəsilə soyuq havanı qızdırıb onları bir-birinə qatışdırmır. Ən soyuq qış havasında – 15 dərəcəyə qədər işləyə bilən rotorlu rekuperatordan istifadə olunub. Onun sayəsində otaqda həmişə optimal temperatur hökm sürüb.