Layihənin reallaşdırılması – radiatorların quraşdırılması
Tək və iki borulu qoşulma variantı nəzərdən keçirilirdi. Lakin, çoxmərtəbəli binalar üçün birinci variant daha uyğun gəlir, bundan əlavə, o, radiatorların içində temperaturu tənzimləməyə, həmçinin əlavə avadanlığın qoşulmasına imkan vermir. Radiatorların iki borulu quraşdırılma sistemi daha asandır: yüngül idarə edilməsindən əlavə, onun quruluşunun spesifikasına əsasən bir neçə faydalı funksiyası var.
Sistemin mahiyyəti ondan ibarətdir ki, bir boru vasitəsilə isti su, ikincisi boru vasitəsilə ilə isə – soyuq su gəlir. Üstünlüyü ondadır ki, istilik qurğusu eyni zamanda qızır və bunun hesabına nəinki bütün sistemin, həmçinin onun ayrıca olaraq hər bir avadanlığının effektivliyi artır. Istiliyin verilməsi radiatorun yanında quraşdırılan xüsusi ventillə tənzimlənir.
İkinci mərhələdə istilik daşıyıcısının (bu halda, suyun) dövran üsulunu müəyyən etmək və variantlardan birini seçmək lazım idi: məcburi və ya təbii. Məcburi dövran halında otağa nasos quraşdırmaq və ya quraşdırlımış nasos qurğusu ilə qazan seçmək lazımdır. Təbii dövran, elektrik enerjisinin verilməsində fasilələr baş verən regionlar üçün lazımdır.
Bütün mümkün variantları ölçüb-biçəndən sonra biz qərarımızı məcburi dövran növündə saxladıq. Əyləncə mərkəzi sahiblərinin nasossuz qurğusu olduğu üçün, Konven Şirkətinin mühəndisləri Grundfos istehsalçısının nasos qurğusunu seçdilər və radiator istilik qurğusunu işə saldılar.
Qoşulma üsulu
4 növ qoşulma üsulu mövcuddur: diaqonal, birtərəfli, aşağı, yəhərli. Radiatorların qoşulması üçün biz diaqonal qoşulma üsulunu seçdik, belə ki, onun xüsusiyyəti az sayda istilik itirməsindədir (cəmi 2%). Bu cür sistem ilin hər fəslində otaqları effektiv tərzdə isidəcək, elektrik istilik qurğularına xərcləri azaldacaq və əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək. Bundan əlavə, bu üsul, müştərinin əvvəlcədən danışdığı rahat mühiti restoranda yaratmağa imkan verəcək.