Status. Etibarlılıq. Birlik.
KONVEN.
Hər şeyin necə başlanması barəsində.
Konven şirkəti 2004-cü ildən Bakıda tikinti materialları və xüsusi texnikanın daşınması xidmətinin göstərilməsi üzrə kiçik tikinti müəssisəsi kimi fəaliyyətə başlayıb. Tədricən, bazarın payı artıb və yeni müasir istiqamətlər o cümlədən, şirkətin uğurla inkişaf etdirdiyi mühəndislik sistemlərinin təchizatı meydana gəlib.
Növbəti gözəçarpan inkişaf mərhələsi 2013-cü ildə başlayır. Konven irəlidə gedən tikinti şirkətinə çevrilir, Azərbaycan bazarında fəal iştirak edir, mühəndislik şəbəkəsi daxil olmaqla təqdim olunan məhsul və xidmət sayını artırır. Onun tikinti seqmentindəki payı 25% təşkil edir.
KONVEN şirkəti bugün
Bugün Konven şirkəti mühəndislik şəbəkələri üçün avadanlıq istehsalı üzrə dünya bazarının liderləri ilə beynəlxalq səviyyədə əməkdaşlıq edir. Konven Rehazu, Gerz, Grohe (istilik və su təchizatı sistemləri), MITSUBISHIElectric, MITSUBISHIHeavy (havalandırma sistemləri), Buderus, Viessmann, Ariston (qaz qazanları və aksesuarlar), Grundfos (nasos avadanlığı), Systemair, BasicAirplus (ventilasiya və isitmə sistemləri) kimi konsern və korporasiyaların Azərbaycan bazarında rəsmi nümayəndəsidir.
Biz belə tanınmış şirkətlərin rəsmi distribyutoru və ticarət əməkdaşı olmağımızla fəxr edirik. Bundan əlavə, bu, müştərilərimiz üçün yüksək səviyyəli istehsalçıların keyfiyyətli, etibarlı avadanlığını təklif etmək və həmçinin premium-klass xidmətlərini təqdim etmək üçün əla imkandır.
İstiqamət və hərəkət sahələri: mühəndislik şəbəkələri
Bizim komandadın işi özündə 4 əsas istiqaməti birləşdirir: hər cür çətin mühəndislik şəbəkələrinin layihələşdirilməsi, avadanlığın seçilməsi, quraşdırılması və xidmətin göstərilməsi. Lakin bu hələ son deyil. Biz mühtəlif layihələri maliyyələşdirir, hər cür çətin tikinti işlərini aparır, müştəri və əməkdaşlarımızı hüquqi dəstəklə təmin edir, daşınmalar həyata keçirir, tikinti materiallarının istehsalı və satışı ilə məşğul oluruq.
Bizim müştərilər – bizi inkişaf etməyə sövq edən hərəkətverici qüvvədir. Bizim əsas dəyərimiz bir müddət keçdikən sonra möhkəm dostluğa çevrilən əməkdaşlıqdır. Bizim dostlarımız arasında bir neçə il bundan qabaq dəstək üçün bizə müraciət edənlər da az deyil. Bu, bizim komandaya açıq hərəkət planının yerinə yetirilməsi və müştərilər üçün yeni, daha unikal məsələlərin axtarışı üçün təkan verir. Bütün bunlar – böyük Konven ailəsidir və siz də ona qoşula bilərsiniz!